Tənhalıq
Söz Zahid kerimov Ah… bu tənhalıq… məni içimdən yandırır… Bu tənhalıq üzür məni, yaman verir əzab mənə, Gecələr yuxusuzam, sükut sancır hər an sinəmə, Sənin yoxluğun düşüb kölgə kimi taleyimə, Gülüşlərim itib gedib, qayıtmır artıq geriyə. Bir vaxt səsin vardı, indi boş otaqlardayam, Sən getdin, mən qaldım, yaralı xəyallardayam, Adını pıçıldayır ürəyim hər gecə yenə, Cavab yox… yalnız ağrı qayıdır mənə. Bu tənhalıq məni yandırır içimdən, Sən yoxsan, qalmışam qaranlıq gecəmlə tək mən, Nəfəsim daralır, boğulur ürəyimdən, Bu sevgi məni öldürür yavaş-yavaş dərindən Bir vaxt əl-ələydik, indi uzaq xəyalsan, Mən eyni adamam, amma içimdə yarasan, Hər xatirə bir bıçaq kimi batır sinəmə, Sənin yoxluğun yazılıb artıq taleyimə. Gözlərim yorulub səni gözləməkdən hər gecə, Sükut danışır mənə sənin yoxluğundan yenə, Sevgi dedikləri bu qədərmi ağrı imiş? Sən getdin… mən içimdə yarım qalmışam Ah… bu tənhalıq… səssizcə məni aparır…
Download
0 formatsNo download links available.